Onlayn ictimai-siyasi qəzet
Ukraynanın uzaqmənzilli əməliyyatları Rusiyanın müharibəni uzatmasına və Ukrayna şəhərlərinə endirdiyi zərbələrə dəqiq cavabdır.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, gecə saatlarında Müdafiə Qüvvələrinin bölmələri cəbhə xəttindən təxminən 300 km məsafədə yerləşən Krasnodar diyarındakı “Poltavskaya” neft bazasını vurub.
Səhər saatlarında isə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) cəbhə xəttindən 1500 km məsafədə, Ufa şəhərində yerləşən iki neftayırma zavoduna - “Başneft-Ufaneftexim” və “Başneft-Novoyl” zavodlarına zərbələr endirib.
Zelenski Ukraynanın “uzaqmənzilli sanksiyalar” planını icra etdiyini bildirib və Rusiyanı vaxt qazanmağa çalışmaq əvəzinə, “əsl diplomatiya” haqqında düşünməyə çağırıb.
@@TVmusavat/149554@@
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ