Onlayn ictimai-siyasi qəzet
Bakıda 9 yaşlı məktəblinin ögey anası tərəfindən zorakılığa məruz qaldığı iddia edilir.
Musavat.com xəbər verir ki, bu barədə jurnalist Elnurə Abuşova sosial şəbəkə hesabında paylaşım edib.
Jurnalistin sözlərinə görə, ona müraciət edən şəxs M. Əliyeva İlqarqızının ögey anası tərəfindən şiddətə məruz qaldığını iddia edib.
Bildirilir ki, azyaşlının təhsil aldığı məktəbin rəhbərliyi uşağa qarşı zorakılıq barədə məlumatlı olsa da, bununla bağlı aidiyyəti dövlət qurumlarına məlumat verməyib. Məlumata görə, məktəblinin anası vəfat etdikdən sonra onu bir qadın himayəsinə götürüb. Daha sonra uşaq təxminən 5 yaşında olarkən atası yenidən ailə qurub.
İddialara əsasən, ögey ananın başqa nikahdan bir oğlu da var.
Müraciətdə azyaşlının dəfələrlə döyüldüyü, saçının isə ikinci dəfə dibdən kəsildiyi bildirilir:
“Qızcığaz döyülür, ikinci dəfədir ki, saçı dibdən kəsilir. Uşağın köməyə ehtiyacı var. Ögey ana 7 yaşı olanda M.-ə qarşı oğluna uyğunsuz təklif etdiyi barədə iddia irəli sürüb. Uşağın burnu sınıqdır, bədənində göyərmələr var. Uşaq deyir ki, analığı onu döyür, amma ata inanmır. Uşaq təhsildən də yayınır”.
İddialara görə, qonşular da uşağın uzun müddət evdən kənarda qaldığını bildiriblər. Müraciət edən şəxsin sözlərinə əsasən, azyaşlı səhər saat 10-dan axşam saat 10-dək çöldə olur. Səbəbi soruşulduqda isə uşağın “Ülkər deyir, evə gəlmə” dediyi bildirilir.
Müraciət edən qadın məqsədinin uşağı himayəsinə götürmək olmadığını, sadəcə azyaşlıya normal münasibət göstərilməsini istədiyini bildirib.
Bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı Daxili İşlər Nazirliyinə, eyni zamanda Nizami Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub. Məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılması və uşağın hüquq və mənafelərinin, eləcə də təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Qeyd edək ki, sosial şəbəkədə Bakının Nizami rayonunda 9 yaşlı Ə. M. İlqar qızının ögey anası Ülkər tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.




Şahanə Rəhimli
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ