İnsanlara hürriyət, millətlərə istiqlal!

Budanovdan müharibənin bitməsi ilə bağlı KRİTİK BƏYANAT: "Ən real variant budur!"

Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasının "ən realist variantını" açıqlayıb.

Musavat.com xəbər verir ki, "İnterfaks-Ukrayna" agentliyinin Latviya ictimai mediasına istinadən yaydığı məlumata görə, Budanov müharibənin başa çatmasının əsas şərtinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi olduğunu bildirib.

Budanov müsahibəsində qeyd edib ki, onun subyektiv fikrincə, hərbi əməliyyatların dayandırılmasının ən real yolu razılaşmanın əldə olunduğu günə mövcud olan faktiki cəbhə xətti boyunca atəşkəsin elan edilməsidir. O vurğulayıb ki, bu addım heç bir halda Ukraynanın öz ərazilərindən hüquqi müstəvidə imtina etməsi demək deyil və ölkə rəhbərliyi heç vaxt torpaqların itirilməsini rəsmən tanıyan hər hansı sənədə qol çəkməyəcək.

Bununla yanaşı, Aparat rəhbəri Rusiyanın hərbi təcavüzü davam etdirəcəyi təqdirdə Ukrayna ordusunun cavab zərbələrini kəskinləşdirəcəyini bəyan edib: "Əgər Rusiya bizə qarşı hərbi əməliyyatları dayandırmasa, aydındır ki, bunun nəticələrini öz dərisində daha kəskin və güclü hiss edəcək. Bizim zərbələrimiz Rusiyanın daha dərinliklərinə doğru yönələcək və daha böyük məhv etmə gücünə malik olacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR