İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yol bağlıdır - Sürücülərin nəzərinə

Hazırda Suraxanı rayonu, Aeroport şosesində ( “Buta Palace” yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın digər hissəsinin söküntü işləri aparılır.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Bildirilib ki, bu səbəbdən “Koroğlu” metro stansiyasından ( Surxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib:

“Sürücülər alternativ yol olaraq Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə yönləndirilir.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR