İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu əməl cinayət məsuliyyəti yaradır - CİDDİ XƏBƏRDARLIQ

“Azərbaycan vətəndaşlarının xarici müharibələrdə, silahlı münaqişələrdə iştirakı, eyni zamanda, cəlb olunması həm Azərbaycan Cinayət Məcəlləsinə görə məsuliyyət yaradır, həm də bununla bağlı beynəlxalq hüquqda müəyyən edilmiş yanaşmalar mövcuddur”.

Bu sözləri Musavat.com-a hüquqşünas Polad Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu, həm cinayət hüququ, həm də dövlət təhlükəsizliyi və milli maraqlar baxımından həssas məsələdir:

“Azərbaycan Cinayət Məcəlləsinin 114-cü maddəsi “Muzdluluq” cinayətini və onun müxtəlif təzahür formalarına görə cəzaları tənzimləyir. Həmin maddəyə əsasən, xarici müharibələrdə döyüşmək, silahlı birləşmələrə cəlb olunmaq, hərbi əməliyyatlarda birbaşa iştirak etmək cinayət əməli sayılır. Həmin maddənin sanksiyasına əsasən, 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırma nəzərdə tutulur. Əgər iştirak maddi maraq müqabilindədirsə, imtiyaz üçündürsə-vətəndaşlıq almaq, maddi vəsait əldə etmək və s. məsuliyyət daha da ağırlaşır. Bununla bağlı beynəlxalq konvensiyalar da mövcuddur.
BMT-nin Baş Assambleyası tərəfindən 4 dekabr 1989-cu ildə qəbul edilmiş “Muzdlu döyüşçülərin cəlb edilməsi, maliyyələşdirilməsi, istifadəsi və təliminə qarşı” beynəlxalq konvensiya dövlətlərdən muzdlu fəaliyyətlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir”.

Zəfər Günü yalnız hərbi Qələbənin deyil, dövlətin hüquqi və siyasi  suverenliyinin tam bərpasının simvoludur - ŞƏRH - AZƏRTAC

P.Mehdiyev bildirib ki, Azərbaycan Respublikası bu sənədi 1997-ci ildən ratifikasiya edərək qüvvəyə mindirib: “Bu konvensiya, ona qoşulan ölkələr üzərində öhdəlik yaradır, başqa sözlə dövlət özü bu cür şəxsləri məsuliyyətə cəlb etmə öhdəliyi götürür. Eyni zamanda, Cenevrə konvensiyaları və onların əlavə protokolları var ki, (red: Cenevrə konvensiyaları və onların əlavə protokolları beynəlxalq humanitar hüququn əsasını təşkil edən, silahlı münaqişələr zamanı döyüşlərin sərtliyini məhdudlaşdıran və müharibə qurbanlarını (mülki şəxslər, yaralılar, əsirlər və tibb işçiləri) qoruyan beynəlxalq müqavilələr toplusudur) muzdlu döyüşçü kimi iştirakı qadağan edir”.

Xatırladaq ki, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların bu gün ölkəmizə çatmaları gözlənilir. Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, müvafiq prosedurlar tamamlandıqdan sonra 4 vətəndaşımızın cənazəsinin yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur.

Rəsmi Bakı öz baxışları ilə dünyanın tanınmış siyasi liderlərinə mühüm  ismarıclar verə bildi - "İki sahil"

Rəsmi Bakı bəyan edib ki, baş verən bu hadisə münaqişə bölgələrinə səfər etməyin nə dərəcədə təhlükəli olduğunu növbəti dəfə göstərdiş Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrini, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarını, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edib.

XİN xatırladır ki, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı bir formada iştirakı Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti ehtiva edir.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR