İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da həmin sensasion sənəd-İstanbul razılaşmasını kim pozub?

“New York Times” yazır ki, bu sənəd layihəsinə baxan  ABŞ rəsmisi ukraynalı həmkarlarına “bu, birtərəfli tərksilahdır” deyib; Rusiya kommünikeyə elə bir dəyişiklik edib ki, Kiyev masadan qalxıb   

“New York Times”  (NYT) 2022-ci ildə Rusiya-Ukrayna arasında danışıqlarında razılaşdırıldığı iddia edilən sülh müqaviləsi layihəsini dərc edib.  Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, sənədlər 2022-ci ilin  martından  aprel ayına kimi müzakirə olunub. Müzakirə edilən məsələlər sırasında Ukraynanın silahlanması və Avropa Birliyinə potensial üzvlüyü məsələsi də daxil idi.  

original-12qy.jpg (355 KB)

NYT 17 mart və 15 aprel 2022-ci il tarixli saziş layihələrinin, eləcə də martın 29-da İstanbulda keçirilən danışıqlarda razılaşdırılmış birgə  kommünikeni təqdim edib. Bütün sənədlər tam şəkildə rus və ingilis dillərində dərc edilib, onların həqiqiliyi danışıqların iştirakçıları tərəfindən nəşrə təsdiq edilib.

Birinci sənəd Ukraynanın Qərb ölkələrinə   göndərdiyi 17 mart müqaviləsinin ingilis dilində olan variantıdır. Həmin  sənəddə Ukrayna növbəti hücum halında müttəfiqlərinin onun müdafiəsinə qalxacağına (o cümlədən hava məkanını bağlayaraq) və müqavilənin Ukraynanın “beynəlxalq səviyyədə tanınmış sərhədlərinə” şamil ediləcəyinə dair  təhlükəsizlik zəmanəti istəyi razılaşdırılıb. 

TASS_51802205.jpg (94 KB)

Rusiya isə 2014-cü ildən tətbiq edilən sanksiyaların ləğvini, Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını və Ukraynanın Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri daxilində Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin tanınmasını, habelə  nasizmin və neonasizmin hər hansı formada təbliğinin, o cümlədən xatirə abidələrinin demontaj edilməməsini, küçələrin adlarının dəyişdirilməməsini istəyib.   

Həmin layihədə Ukrayna silahlı qüvvələrinin sayına və ölkənin arsenalında ola biləcək tankların, artilleriya batareyalarının, döyüş gəmilərinin və döyüş təyyarələrinin sayına məhdudiyyətlər qoyulmasına razılaşıb. 

3cc664c45fa2a975c698bae0b93347cd.jpg (313 KB)

Nəşr yazır ki, bu sənəd layihəsindən ABŞ hakimiyyəti  təşvişə düşüb. Yüksək rütbəli amerikalı məmur ukraynalı həmkarlarına “bu, birtərəfli tərksilahdır” deyib.  

Bir neçə gün sonra, martın 29-da Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşüblər. Qəzetin yazdığına görə, bu görüşdə Rusiya  razılaşmanı İstanbul Kommünikesi adlı iki səhifəlik sənəddə ümumiləşdirib.

Həmin kommünikeyə görə, Krımın statusunun 10-15 il ərzində müəyyən ediləcəyi, Ukrayna isə yarımadanı güc yolu ilə qaytarmağa cəhd etməyəcəyinə söz verib.

1650970307_2-2.png (876 KB)

Ukraynanın təhlükəsizlik təminatı  verəcək bura bir sıra ölkələr -  Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa, Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsrail  Ukraynaya təcavüz, hər hansı silahlı hücum və ya  hərbi əməliyyat  durumunda təcili məsləhətləşmələrdən sonra Ukraynaya hərtərəfli yardım göstərəcəyi ilə razılaşmalı idi.

 NYT qeyd edir ki, ruslar və ukraynalılar videozəng vasitəsilə  və WhatsApp vasitəsilə müqavilə layihələri mübadiləsi aparıblar.

Aprel ayında danışıqlarda Roman Abramoviçin iştirak etdiyi iddia edilir. İddia olunur ki, o, Putinin adından  “danışıqçılara əsas məsələlər üzərində cəmləşməyə və onları tez bir zamanda həll etməyə çağırıb”. Aprelin 15-də Rusiya nümayəndə heyəti  Putinə 17 səhifəlik saziş layihəsi göndərib. Qəzet qeyd edir ki, müqavilənin ilk səhifələrində tərəflər “ortaq  mövqeyə gəliblər: 

Tərəflər razılaşıblar ki, Ukrayna öz neytral ölkə statusunu təmin edəcək və Avropa İttifaqına daxil olmağanı əngəl yaradılmayacaq ;

Rusiya Ukraynanın Krımı dərhal Rusiya kimi tanıması tələbindən imtina edir;

 Ukraynanın istifadəsinə icazə verilən silahların sayı, raketlərin vurma məsafəsi və çeşidi artırılır ;

 Ukraynadan dil və milli kimliyi  məhdudlaşdıran qanunlar ləğv edilir. 

thumbs_b_c_e58a960c7309549eb18aaf42b360bd79.jpg (277 KB)

Nəşr yazır ki, Ukraynanın ən ciddi etirazı  qarant ölkələrlə bağlı beşinci bənd olub. Belə ki, Rusiya sənədin əvvəlki variantda olan “Ukraynaya təcavüz, hər hansı silahlı hücum və ya hərbi əməliyyat  durumunda təcili məsləhətləşmələrdən sonra Ukraynaya hərbi yardım göstilərəcəyi” haqda bəndi dəyişib. Rusiya istəyib ki, Ukraynaya hücum olarsa, hərbi yardım yalnız “bütün qarant dövlətlərin razılaşdırdığı halda” qüvvəyə minə bilər. 

Kiyev isə bu bəndin bu cür dəyişdirilməsini  sülh müqaviləsinin şərtlərinin pozulması hesab edib.  Çünki bu bənd Rusiya Ukraynanı yenidən işğal edə biləcəyini və sonra hərbi müdaxiləyə veto qoya biləcəyi demək idi. Bundan sonra  Ukrayna danışıqların  davam etdirilməsində maraqlı olmadığını deyib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR