İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Ukrayna Rusiyanın neft zavodlarını YERLƏ-YEKSAN edir, şiddətli döyüşlər BAŞLADI – CaNLIda


Ukrayna nəzarətində olan daha bir kəndi itirib. Bu dəfə Zaporojye vilayətindəki Rabotino kəndi ələ keçirilib.
“AzPolitika” xəbər verir ki, bu barədə məlumatı “Bild” nəşrinin tanınmış analitiki Yulian Repke öz sosial şəbəkə hesabında paylaşıb: “Rus işğalçı ordusu keçən ilki əks-hücum zamanı Ukraynanın Tokmak istiqamətində azad edə bildiyi yeganə kənd olan Rabotino kəndini yenidən geri aldı”.
Ukrayna tərəfi hələ ki, bu məlumata şərh vermir.

Ukraynanın PUA hücumlarıRusiyanın neft emalı potensialının təxminən 14%-ni sıradan çıxarıb.
Bu barədə “Bloomberg” nəşri ABŞ kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, bu hücumlardan sonra Rusiyada daxili yanacağın qiymətində ciddi artım baş versə də, elektrik enerjisinin qiymətindəki artım cuzi olub. Nəşrin hesablamalarına görə, sözügedən hücumlar daxili yanacaq qiymətlərinin 20-30% artmasına səbəb olub. İddia olunur ki, Rusiya daxili bazarın tələbatını ödəmək üçün ixracı dayandırmaq məcburiyyətində qalıb.
“Bu zərbələrin təsirini yumşaltmaq üçün Rusiya mart ayından başlayaraq altı ay müddətinə benzin ixracına qadağa qoyub. Qazaxıstandan idxal etməyi planlaşdırdığı neft məhsullarını Belarusdan idxal etməyə, neft məhsullarını dəmir yolu ilə yox, digər nəqliyyat növləri ilə daşımağa üstünlük verdi”, -deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hücumlar hələ də davam etsə də, bu təhlil yanvar ayından sonrakı iki aylıq dövrü əhatə edir. Bildirilir ki, Ukraynanın hücumları Rusiya hərbçilərinin və mülki əhalisinin enerji təchizatında kiçik fasilələrə səbəb olub.
Məlumatda Ukraynanın Rusiya dəniz əməliyyatlarına təsirindən də söz açılıb. Qeyd olunub ki, Ukraynanın hücumları səbəbindən Rusiyanın Qara Dəniz Donanması Ukrayna sahillərindən uzaqlaşmağa başlayıb.

Bütün xəbərləri saat 13.30-da “Canlı debat” verilişində ekspert Telan Qasınovla danışacağıq. Verilişdə öz sualları ilə izləyicilər də iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR