Onlayn ictimai-siyasi qəzet
İran məhkəməsi britaniyalı cütlüyə 10 il həbs cəzası verib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Şərqi Sasseksdən olan Lindsi və Kreyq Foreman 2025-ci ilin yanvarında dünya turu çərçivəsində motosikletlə səyahət edərkən saxlanılıblar.
Cütlük casusluq ittihamlarını rədd edir.
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper hökmü tamamilə dəhşətli və əsassız adlandırıb. Nazir bildirib ki, cütlüyün təhlükəsiz şəkildə Böyük Britaniyaya qaytarılıb, ailələri ilə yenidən birləşməsinə nail olunana qədər bu məsələ İran hökuməti qarşısında qətiyyətlə və ardıcıl şəkildə qaldırılacaq.
Aytən Abbaslı,
AZƏRTAC-ın xüsusi müxbiri,
London
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ