İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Hörmüzə minatəmizləyən gəmilər göndərəcək

Birləşmiş Krallıq Hörmüz boğazının blokadası üçün hərbi gəmilər göndərməyəcək, lakin bölgəyə minatəmizləyən gəmilər yerləşdirəcək.

Musavat.com xəbər verir ki, məlumatı The Daily Telegraph yayıb.

Xatırladaq ki, aprelin 12-də ABŞ prezidenti Donald Tramp ABŞ və digər ölkələrin donanmalarının Hörmüz boğazını blokadaya alacağını açıqlayıb. Daha sonra ABŞ Cənub komandanlığı blokadanın bu gün başlayacağını, İran məhsullarını daşıyan gəmilərin kənara buraxılmayacağını elan edib.

Böyük Britaniya Baş naziri Keir Starmerin ofisi Londonun digər ölkələrlə birlikdə Hörmüz boğazında gəmiçiliyi bərpa etmək üçün çalışacağını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR