İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya baş naziri BMT tribunasından bunları dedi

Böyük Britaniya Fars körfəzində gəmiçilik təhlükəsizliyini dəstəkləmək üçün Fransa və digər tərəfdaşlarla işləyir.

Musavat.com xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Endi Börnhem BMT Baş Assambleyasındakı çıxışında deyib: "Biz Fars körfəzində naviqasiya azadlığını dəstəkləmək üçün Fransa və digər tərəfdaşlarla işləyirik".

O, əlavə edib ki, London bu məsələ ilə bağlı birgə işləmək üçün beynəlxalq koalisiya yaradıb.

Börnhem həmçinin qeyd edib ki, Vaşinqton və London arasında süni intellekt (Sİ) sahəsində yeni əməkdaşlıq kritik infrastrukturun qorunmasına yönəlib: "Mən bu gün elan edirəm ki, biz kritik milli infrastrukturumuzu qorumaq üçün ABŞ ilə Sİ sahəsində yeni müdafiə tərəfdaşlığı inkişaf etdiririk".

Baş nazir əmin olduğunu bildirib ki, Sİ texnologiyaları "iqtisadi artımın açarı, təhsilin transformasiyası vasitəsi və təhlükəsizliyin təmin edilməsi üçün vacib vasitə olacaq". Baş nazir əlavə edib ki, Sİ gələn il Böyük Britaniyanın G20 sədrliyinin əsas mövzusu olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR