Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Brilliant Dadaşova ilə meyxanaçı Baləli eyni məclisdə bir araya gəlib və diqqətçəkən anlar yaşanıb.
Musavat.com xəbər verir ki, məclisdə Xalq artisti Baləlinin əlindən tutaraq onunla birlikdə mahnı ifa edib.
Daha sonra meyxanaçı haqqında təriflər yağdırıb:
“Mən Baləlini çox istəyirəm. Bu oğlan dəhşətdir. Danışanda da çox ağıllı, təmkinli danışır”.
Baləli isə həmin görüntülərə özünəməxsus münasibət bildirib. O, paylaşımına belə şərh yazıb:
“Biz bakılılar heç vaxt heç kimi, heç nəyi unutmuruq. Yaxşılığı da, pisliyi də".
Xalidə Gəray,
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ