İnsanlara hürriyət, millətlərə istiqlal!

Boyları qısalır, xəstə və kökdürlər - Uşaqlarla bağlı narahatedici HESABAT

Böyük Britaniyada yerləşən Qida Fondu yeni dərc etdiyi hesabatında britaniyalı uşaqların qeyri-adekvat və keyfiyyətsiz qidalanma səbəbindən daha qısa, daha kök və xəstə olduğunu açıqlayıb.

Hesabatda uşaqların boyunun 2013-cü ildən etibarən qısalmağa başladığı, 2006-cı ildən etibarən 10-11 yaş arası uşaqlarda piylənmənin 30 faiz, son 5 ildə isə uşaqlar arasında 2-ci tip diabetin 22 faiz artdığı ortaya çıxıb.

Bildirilib ki, uşaqlar həddindən artıq işlənmiş, şəkərli və duzlu qidalarla bombardman edilir. Bu qidaların həddindən artıq kalori qəbuluna səbəb olduğu, lakin tərkiblərində vitaminlər, minerallar, lif, sağlam yağlar və keyfiyyətli zülallar olmadığı qeyd edilib.

“İstər ərzaq təhlükəsizliyi ilə nəticələnən şok edici yoxsulluq və məhrumiyyət səviyyəsi, istərsə də qida sənayesinin ucuz və ləzzətli qidalarının aqressiv şəkildə təşviqi ilə əlaqədar olsun, uşaqlarımız onları sağlam qidalandırmağı demək olar ki, qeyri-mümkün dərəcədə çətinləşdirən bir mühitdə yaşayırlar”, - deyə hesabatda vurğulanıb.

İngiltərədə 2013-cü ildən bu yana 5 yaşındakı uşaqların boyunun qeyri-kafi qidalanma səbəbiylə azaldığı vurğulanaraq, bu dövrdə əsas qida maddələrinin istehlakının azaldığı da ifadə edilib. İbtidai məktəbi bitirən hər 5 uşaqdan birində piylənmə olduğu və bunun ölkədə uşaqların üzləşdiyi “ən aktual ictimai sağlamlıq problemi” olduğu bildirilib.

Qeyd edilib ki, aztəminatlı ailələrdə sağlam qidaya çıxış imkanları azalıb, nəticədə yüksək kalorili, lakin qida dəyəri olmayan məhsullar yeyən uşaqlar kökəlməyə başlayıb.

Hesabatda, həmçinin 2000-ci ildə ilk adolesan tip 2 diabet diaqnozunun qoyulduğu, bu halların illər ərzində üç dəfə artdığı qeyd edilib.

Məşhur britaniyalı aşpaz Ceymi Oliver hesabatın üzə çıxardığı nəticələrlə bağlı fikirlərini bölüşüb.

“Hökumətin onilliklər ərzində diqqətsizliyi uşaqların piylənmə ilə bağlı xəstəliklərdən daha çox əziyyət çəkməsi, onların boylarının qısalması və ömürlərinin daha qısa olması ilə nəticələndi. Uşaqlarımıza xoşbəxt, sağlam insan olmaq şansı verilmir”, - deyə o bildirib.//Medicina.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

27 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR