İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir də “Flora xanım” desən, Allah məni öldürsün - Xalq artisti

“Böyük nəvəmə babasının adını qoyublar, adı Faiqdir. Oğlum zəng edib, telefonu ona verib. Bir də gördüm nəvəm mənə “Flora xanım” deyir”.

Bu sözləri “İncə səhər” verilişində Xalq artisti Flora Kərimova deyib.

O bildirib ki, nənəlik ən böyük rütbədir:

“Sən demə, oğlum onu öyrədib. Nə günə düşdüm... Mən nənəyəm. Bu elə bir rütbədir ki. Dedim, əgər sən mənə bir də “Flora xanım” desən, Allah məni öldürsün. O qədər əziyyət çək, böyüt...

Elə adamlar tanıyıram ki, nəvəsinə icazə vermir, adı ilə çağırırlar. Onda sən uşağı öz səviyyəndə görürsən. Onda uşağın nənəsinə hörməti olmayacaq. Böyüyəndə adı ilə çağıracaq”./olay.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR