İnsanlara hürriyət, millətlərə istiqlal!

Bekhem ailəsindən gərginliklə bağlı İLK açıqlama

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem oğlu Bruklin Bekhemlə yaşanan ailədaxili gərginliklə bağlı ilk dəfə açıqlama verib.

Musavat.com xəbər verir ki, son günlər mediada geniş müzakirə olunan ata–oğul münasibətlərinə toxunan Bekhem valideynlik yanaşmasını bölüşüb. 

Devid Bekhem açıqlamasında bildirib:

“Uşaqlar səhv edirlər. Onların səhv etməsinə icazə verilməlidir. İnsan məhz bu cür öyrənir…”

Bruklin Bekhem son dövrlər həm şəxsi həyatı, həm də karyera seçimləri səbəbilə ailəsi ilə fikir ayrılıqları yaşadığı iddialarıyla gündəmə gəlmişdi. Xüsusilə Bruklinin həyat yoldaşı Nikola Peltslə Bekhem ailəsi arasındakı soyuq münasibətlər ictimaiyyətin diqqətindən qaçmamışdı. Ailəyə yaxın mənbələr ata–oğul arasında zaman-zaman fikir ayrılıqları yaşandığını, lakin münasibətlərin tamamilə qırılmadığını bildirirdi.

Lakin Bruklin Bekhemin son açıqlaması vəziyyətin ciddi olduğunu göstərib. O, ailəsi ilə bütün əlaqələri kəsdiyini açıqlayaraq belə deyib:

“Həyat yoldaşım nə qədər anlayışlı olmağa çalışsa da, ailəm tərəfindən davamlı olaraq hörmətsizliyə məruz qalıb. Anam keçmişdə həyatımda olmuş qadınları bizi bilərəkdən narahat edəcək şəkildə yenidən həyatımıza daxil edib. Ailəm öz brendlərinin tanıdılması və reklam müqavilələrini hər şeydən üstün tutur. Həyat yoldaşımın məni idarə etdiyi ilə bağlı yayılan söz-söhbətlər isə tamamilə əsassızdır”.

Bruklin Bekhem bildirib ki, ailəsinin Nikola Peltsə qarşı illərdir məsafəli və hörmətsiz davranışı, xüsusilə toy prosesi və xüsusi günlərdə yaşanan hadisələr münasibətlərdə dönüş nöqtəsi olub.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR