İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ xariciləri geri qaytarmaq istəyir 

Yaxın Şərqdəki müharibədən sonra ölkəni tərk edən xarici vətəndaşları geri qaytarmaq üçün BƏƏ yeni addım atmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” saytı məlumat yayıb.

Nəşrin yazdığına görə, Birləşmiş Ərəb Əmirlikləri hökuməti xarici vətəndaşların vergi rezidentliyi statusunu itirmədən ölkədən kənarda daha çox vaxt keçirməsinə imkan verəcək.

Hazırkı qaydalara görə, xarici vətəndaşın BƏƏ-də vergi rezidenti statusu əldə etməsi üçün ildə müəyyən sayda gün ölkədə yaşaması tələb olunur. Bundan əlavə, həmin şəxsin “həyati maraqlar mərkəzi”nin də BƏƏ-də yerləşməsi şərtdir.

Federal Vergi Xidmətinin mövqeyi ilə tanış olan iki hüquqşünasın sözlərinə görə, ümumi qaydalar formal olaraq dəyişdirilməyəcək. Lakin vergi rezidentliyi ilə bağlı müraciətlər fərdi qaydada qiymətləndiriləcək.

Bu addımın məqsədi ABŞ və İsrailin İranla müharibəsi başlayandan sonra ölkəni tərk edən xarici vətəndaşları yenidən BƏƏ-yə qaytarmaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR