İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank bahalı maşınlarını təcili satışa çıxardı - UCUZ QİYMƏTLƏR

5 iyul 2024-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

BAKU.WS xəbər verir ki, hərraca 4 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir:

S/N Balanssaxlayıcı müəssisənin adı Nəqliyyat vasitəsinin markası Dövlət nömrə nişanı Buraxılış ili Start qiyməti Ödəniləcək 10% beh (manatla)
1 "Azər-Türk Bank" ASC Audi A6 90PG546 2015 15000 1500
2 "Azər-Türk Bank" ASC Audi A6 77AX443 2015 14250 1425
3 "Azər-Türk Bank" ASC Audi A6 10AH181 2015 13750 1375
4 "Azər-Türk Bank" ASC Audi A6 77PR557 2015 14500 1450

Qeyd edək ki, beh "Azər-Türk Bank" ASC-nin aşağıdakı hesabına köçürülməlidir. Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:

 
  • Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
  • "Azər-Türk Bank" ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.

Sənədlər beh ödənişinin bankın hesabına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək daxil olduğu təqdirdə qəbul ediləcəkdir.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20

Əlaqə: "Azər-Türk" Bank ASC, (tel:055-205-13-33);

Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi (tel: 012-311-01-60 (1705)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR