İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu

Bakıda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

25 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR