Onlayn ictimai-siyasi qəzet
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində 15 saylı şəhər poliklinikasında işləyən həkim-cərrah 1964-cü il təvəllüdlü Könül Bahadur qızı Sultanova vəfat edib.
Musavat.com baku.ws-a istinadla bildirir ki, cərrah uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Onun bu gün dəfn olduğu bildirilib.
Qeyd edək ki, Könül Sultanova uzun müddət idi 15 saylı şəhər poliklinikasında cərrah kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin!

05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ