Onlayn ictimai-siyasi qəzet
Bakıda son günlər yağan güclü yağışlar yol infrastrukturunda fəsadlar yardıb.
Musavat.com xəbər verir ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində – “Sapfir” şadlıq evinin qarşısında yolun hərəkət hissəsində iri çuxur yaranıb.
Yağıntının təsiri ilə asfalt örtüyünün çökməsi sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Hazırda ərazi təhlükəsizlik məqsədilə lentlə əhatəyə alınıb. Bu isə nəqliyyatın hərəkətinə qismən məhdudiyyətlər gətirib.
Sakinlər bildirirlər ki, intensiv yağışlardan sonra bu cür hallar tez-tez təkrarlanır.
Şahanə Rəhimli
Musavat.com
Foto və video müəllifindir
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ