İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı–Ankara xəttində yeni mərhələ - İrəvana qapı açılır?

Türkiyənin energetika naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə enerji əməkdaşlığının gələcəkdə Ermənistanı da əhatə edə biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, nazir normallaşma prosesinin iqtisadi əlaqələrin sadələşməsinə gətirib çıxaracağını vurğulayıb.

Onun sözlərinə görə, münasibətlərin bərpası yalnız siyasi dialoq deyil, həm də regional iqtisadi inteqrasiyanın başlanğıcı deməkdir. Bu halda enerji sektorunda yeni əməkdaşlıq imkanları yarana bilər və mövcud infrastrukturlar daha geniş şəkildə istifadə olunacaq.

Bayraktar qeyd edib ki, enerji layihələri region xalqlarının rifahına xidmət edə bilər və proses bütün tərəflərin xeyrinə davam etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR