İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahar Muradovadan dini təbliğatla bağlı mühüm AÇIQLAMA

Ailə və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda bildirib ki, dini təbliğat erkən nikahların, məişət zorakılığın qarşısının alınmasında müsbət rol oynaya bilər.

Musavat.com-un xəbərinə görə, Bahar Muradova çıxışında deyib ki, ailənin inkişafı, insan hüquqlarının müdafiəsi, uşaqlara milli-mənəvi dəyərlərin aşılanması və s. məsələlər dünyada hazırda risk altındadır.

Bu sahədə bütün cəmiyyətlərin, o cümlədən din xadimlərinin üzərinə məsuliyyət düşür: “Cəmiyyətdə qadına qarşı dəyər və hörməti qorumaq vacibdir. Din xadimləri bu sahədə təbliğat aparmalıdırlar. Azərbaycanda dini sahədə bu təbliğatı aparmaq üçün geniş imkanlar var. Təmsil etdiyim Dövlət Komitəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında çox sıx əməkdaşlıq, əlaqəli fəaliyyət mövcuddur”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda ailə və qadın dəyərləri sahəsində müəyyən stereotiplər var. Bu və digər stereotiplərin, o cümlədən erkən nikahların, qadınlara qarşı zorakılığın qarşısının alınması məsələlərində dini təbliğat müsbət nəticə verə bilər:

“Odur ki, cəmiyyətin qadınlara yüklədiyi iş təkcə hüquqi baxımdan yox, mənəvi-ictimai cəhətdən də inkişaf etdirilməlidir. Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı faydalı nəticələr verə bilər. Bugünkü Forumun da qeyd etdiyim məsələlərə töhfəsinin olacağını düşünürəm”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR