İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məktəbdə şagird BIÇAQLANDI

Ağsuda bıçaqlanma hadisəsi olub.

Musavat.com xəbər verir ki, hadisə səhər saatlarında şəhər ərazisində yerləşən orta məktəblərin birinin həyətində qeydə alınıb.

Rayon sakini 34 yaşlı Dostəli Bağırov mübahisə zamanı 11-ci sinif şagirdi R.S-ya kəsici alətlə, onun köməyinə gələn qardaşı -16 yaşlı A.S-ya isə əl ilə vuraraq xəsarət yetirib. Zərərçəkən qardaşlara tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Məlumata görə, D.Bağırov Vətən müharibəsi qazisidir./lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR