İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kartof əkinləri və ixracı azalıb

Bu ilin 5 ayında Azərbaycandan xaricə 34 318.06 ton kartof ixracı qeydə alınıb.

Musavat.com Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu ixracdan ölkəyə 14,5 milyon dollar gəlir daxil olub.

Ötən ilin 5 ayı ilə müqayisədə kartof ixracı dəyər ifadəsində 28 faiz, çəki baxımından isə 35 faiz azalıb. 2023-cü ilin yanvar-mayında kartof ixracının həcmi 52 838.92 tona bərabər olmuşdu.

Onu da qeyd edək ki, artıq ikinci ildir ki, Azərbaycanda kartof əkini sahələrinda azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu il 46,7 min hektar sahədə yazlıq kartof əkini həyata keçirilib. Keçən il bu göstərici 49 min hektara bərabər idi. 2022-ci ildə isə ölkədə 54 681 hektarda kartof əkilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

25 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR