İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 1 nəfərdə quduzluq müşahidə edildi

2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar 34 776 nəfəri dişləyib.

Bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyib.

O bildirib ki, sadəcə həmin şəxslər arasında 1 nəfərdə quduzluq halı müşahidə olunub.

Rita İsmayılova vurğulayıb ki, heyvanlar 2023-cü ildə 43 mindən çox, 2025-ci ildə isə 45 mindən çox insanı dişləyib.

O, sonda qeyd edib ki, Azərbaycanda quduzluq hallarında azalma tendensiyası nümayiş edilir.

Qeyd edək ki, Xəzər Universiteti və FAO-nun Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib./apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR