İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı rəsmi sənədləşdirilmə ərəfəsində

ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin fevralda Azərbaycana və Ermənistana səfəri gözlənilir. Prezident Donald Tramp özü “Truth Social” sosial şəbəkəsinda bu barədə yazıb. Onun sözlərinə görə, Vensin səfəri sülh prosesini daha da irəli aparmağa, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib.

Vitse-prezident Ceyms Devid Vensin səfəri Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını sürətləndirəcəkmi?

Deputat Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, müstəqillik tariximizdə ikinci dəfədir ABŞ vitse-prezidentləri Azərbaycana səfər edirlər. Ceyms Di Vensin səfəri sadəcə tanışlıq məqsədi daşımayacaq. Tramp Marşrutunun işə salınması üçün konkret müzakirələr aparılması, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərinin möhkəmləndirilməsi xarakteri daşıyır. ABŞ-nin ikinci şəxsinin Azərbaycana gəlişi ABŞ administrasiyasının Azərbaycanı daha yaxşı tanımasına, Azərbaycan reallıqlarını yerində görməyə və ikitərəfli münasibətlərin daha da inkişaf etdrilməsi üçün yeni resursların axtarılıb tapılmasına xidmət edəcək. Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının prinsipləri üzərində məsləhətləşmələr keçirilir. Hər iki tərəf belə bir sənədin imzalanmasında maraqlı olduqlarını bildiriblər. Sənəd tam hazır olduqdan sonra şübhəsiz ki, hansısa bir formatda onun imzalanması reallaşacaq. Sonra isə bu, hər iki dövlət üçün bir praktiki fəaliyyət istiqamətinə çevriləcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib ki, biz demək olar Strateji Tərəfdaşlıq Xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaq.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR