İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayağı sınan xadimə şoka düşüb öldü

Goranboyda qadın faciəvi şəkildə vəfat edib.

Musavat.com xəbər verir ki, hadisə yanvarın 1-i saat 16 radələrində rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Şəhər ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-də xadimə işləyən Samux rayon sakini 1967-ci il təvəllüdlü Nahidə Yusif qızı Məmmədovanın ayağı sınıb.

Belə ki, qadın dəmir yolu relsinin üzərindən keçərkən ayağı relsin kənarındaki beton dirəyin arasında qalaraq qırılıb. Ağrıdan şoka düşən N.Məmmədova hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR