İnsanlara hürriyət, millətlərə istiqlal!

Axios Tramp-Netanyahu görüşünün gizli təfərrüatlarını açdı

"Axios" Tramp və Netanyahunun görüşünün detallarını açıqladı.

Musavat.com xəbər verir ki, İsrail rəsmisinin sözlərinə görə, Netanyahu Trampla görüşü zamanı Tehranla hər hansı razılaşmanın əldə olunmasına ciddi şübhə ilə yanaşdığını bildirib və İrana qarşı "həm kinetik, həm də qeyri-kinetik vasitələrlə" təzyiqlərin artırılmasına çağırıb.

Tərəflər ABŞ-nin növbəti addımları üçün üç əsas variantı ətraflı müzakirə ediblər:

İranla diplomatik sazişin əldə olunması;

İranın dəniz blokadasının davam etdirilməsi və eyni zamanda iqtisadi təzyiqin gücləndirilməsi;

Hərbi zərbələrin bərpası və eskalasiyası.

Tramp müharibənin qlobal enerji bazarlarına və dünya iqtisadiyyatına mənfi təsirindən narahatlığını ifadə edib. Netanyahu isə cavabında bildirib ki, İran rejimi Vaşinqtonu güzəştlərə məcbur etmək üçün əlində qalan son rıçaqdan — Hörmüz boğazı hədəsindən istifadə etməyə çalışır. Eyni zamanda, İsrail Baş naziri zatən zəifləmiş İran iqtisadiyyatına təzyiqlərin daha da artırılmasının mümkünlüyünə diqqət çəkib:

"Onların yanacaq təchizatı ilə bağlı problemləri var, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, dizel qıtlığı yaşanır. İnsanlar çox əsəbi olduğu üçün kiçik etirazlar baş verir. Rejim bundan bərk narahatdır. O, iqtisadi vəziyyətə görə xalqın üsyan edə biləcəyindən qorxur", — deyə İsrail rəsmisi "Axios"a müsahibəsində qeyd edib.

O, İran rəhbərliyində iqtisadi kollapsdan qorxan praqmatiklər və radikallar arasında daxili fikir ayrılıqlarının olduğunu vurğulayıb.

Rəsmi şəxs Ali Lider Müctəba Xamenei barədə də xüsusi olaraq danışıb: "O, hər şeyə qarşı son dərəcə mənfi mövqe tutur, lakin bütün əmrlərin həqiqətən ondan gəldiyi aydın deyil. O sağdır, lakin son zamanlar onu həqiqətən gördüyünü heç kim təsdiq edə bilmir".

Sonda Netanyahu İsrailin 10 il ərzində ABŞ-nin hərbi yardımından tamamilə imtina etmək və tam müdafiə müstəqilliyinə nail olmaq niyyətində olduğunu bəyan edib. O, müvafiq meymorandum üzrə danışıqlara başlamağı təklif edib və hətta onilliyin sonunadək İsrailin öz müasir qırıcı təyyarəsini hazırlamağı tapşırıb.

Baş nazir ABŞ siyasətində dəyişən əhval-ruhiyyəni nəzərə alaraq "ABŞ Konqresinin xoş məramından" asılı olmaq istəmədiyini vurğulayıb. Eyni zamanda o, keçid variantı təklif edib: 16 milyard dollar birbaşa hərbi yardım, HHM sistemləri üçün 5–10 milyard dollar və yeni silahların işlənməsi üçün 16 milyard dollarlıq birgə fondun yaradılması.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR