İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avroviziya-2027” bu şəhərdə keçiriləcək

2027-ci il Avroviziya Mahnı Müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək. 

Musavat.com xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.

“Avroviziya Burqasa üz tutur! 71-ci “Avroviziya” mahnı müsabiqəsi Bolqarıstanın gözəl Qara dəniz sahillərində baş tutacaq”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, müsabiqənin yarımfinalları 11 və 13 may tarixlərində, finalı isə 15 mayda keçiriləcək. Həmçinin Sofiya, Plovdiv və Varna şəhərlərində də müsabiqəyə həsr olunmuş tədbirlərin təşkil ediləcəyi bildirilir.

Sayca 71-ci olacaq “Avroviziya-2027” ilk dəfə Bolqarıstanda keçiriləcək.

Ölkə bu hüququ 2026-cı ildə Vyanada müğənni Daranın ifa etdiyi “Bangaranga” mahnısı ilə qələbə qazanaraq əldə edib.

Sözügedən kompozisiya 516 xal toplayaraq ikinci yeri tutan İsrail təmsilçisini 173 xal qabaqlayıb. Üçüncü pillədə isə Rumıniya nümayəndəsi qərarlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR