İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avrora Qrup” aztəminatlı ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb

Avrora Qrup korporativ sosial məsuliyyət proqramı çərçivəsində növbəti yardım aksiyasını təşkil edib. Şirkət bu il də Qurban Bayramı ilə əlaqədar ehtiyaclı insanların yanında olub.

Musavat.com xəbər verir ki, yardım aksiyası zamanı "Ümid Yeri" uşaq sığınacağı, “Nur” uşaq evi, “Azərbaycan Uşaqlar İctimai Birliyi” nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi” və "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi"nin qadın və uşaq sığınma evinə qida məhsulları və gigiyenik vasitələrdən ibarət yardım bağlamaları çatdırıb.

Eyni zamanda şirkət Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "Qızıl Aypara Cəmiyyəti"ndə qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları və gündəlik tələbat məhsulları çatdırıb.

Bundan başqa Avrora Qrup bayram ilə əlaqədar ümumilikdə 2.5 ton qurbanlıq ət bağlamalarını aztəminatlı ailələrə paylayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

25 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR