İnsanlara hürriyət, millətlərə istiqlal!

Avro 2024: ələnmiş komandanın oyunçusu barda dava edib

Serbiya millisinin qapıçısı Vanya Milinkoviç-Saviç Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun Serbiya və Danimarka yığmaları arasında keçirilən oyun (0:0) ərəfəsində davada iştirak edib.

Musavat.com xəbər verir ki, bu barədə bombardir.ru saytı məlumat yayıb.

Hadisə İtaliyanın “Torino” komandasının 27 yaşlı futbolçusunun istirahət günü gəldiyi Münxendəki barda baş verib. Baş verənlərlə bağlı iki versiya var.

Serbiya mətbuatı yazır ki, Milinkoviç-Saviç azarkeşlə dalaşıb. Həmin şəxs idmançını spirtli içki qəbul etdiyinə görə tənqid edirmiş.

Bar sahibi isə iddia edir ki, qapıçı müəssisənin mühafizəçisi ilə dava edib. Ona görə ki, bar qapıçısı futbol qapıçısını içəri buraxmırmış.

Serbiya qrup mərhələsinin sonunda Avro-2024-dən ələnib. Vanya hər üç oyunu ehtiyatda keçirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR