Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Ermənistanda Mərkəzi Seçki Komissiyası artıq 2005 seçki məntəqəsindən 1878-nin nəticələrini emal edib. Bu, ümumi məntəqələrin təxminən 93,7 faizini təşkil edir. İlkin nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiya lider mövqedədir.
Musavat.com xəbər verir ki, seçkilərdən sonra Paşinyanın eks-xanımı Anna Akopyan ilk paylaşımını edib.
Akopyan sosial şəbəkə hesabında paylaşdığı fotoya “İrəvan Şərab Günləri” başlığını verib.
Qeyd edək ki, Anna Akopyan bir müddət əvvəl Nikol Paşinyanla yollarını ayırdığını açıqlamış, onların faktiki birgə yaşayışına son qoyulduğunu və hökumətə məxsus bağ evini tərk etdiyini bildirmişdi.
Cütlük seçkilərdə birgə görünməsə də, son günlər Ermənistan mediasında onların münasibətlərini bərpa etdiyi barədə iddialar yayılıb.

Şahanə Rəhimli
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ