İnsanlara hürriyət, millətlərə istiqlal!

Alqı-satqı pozuldu: Vasitəçi haqqı necə olur?

Daşınmaz əmlakın vasitəçi vasitəsilə kreditlə satışı zamanı tərəflər arasında xidmət haqqı ilə bağlı məsələlər mübahisə yaradan mövzulardandır. Xüsusilə alqı-satqı baş tutmadıqda və ya əmlak qısa müddət sonra əvvəlki sahibinə qaytarıldıqda, vasitəçinin aldığı ödənişin geri qaytarılıb-qaytarılmaması sual doğurur.

Bu halda satıcı və alıcının hansı hüquqları var və hansı addımlar atılmalıdır?

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, vasitəçi ilə tərəflər arasında mütləq müqavilə bağlanmalıdır:

“Həmin müqavilədə xidmət haqqının nə vaxt ödəniləcəyi, alqı-satqının baş tutmaması və ya sonradan ləğv edilməsi halında hansı hüquq və öhdəliklərin yaranacağı kimi məsələlər aydın şəkildə öz əksini tapmalıdır. Lakin belə bir müqavilə olmasa belə, vasitəçinin əsas vəzifəsi tərəfləri bir araya gətirmək və alqı-satqı müqaviləsinin bağlanmasına vasitəçilik etməkdir”.

Onun sözlərinə görə, alqı-satqı baş tutduqdan sonra isə tərəflər arasında kreditin ödənilməsi, müqavilənin sonradan pozulması və ya əmlakın geri qaytarılması kimi hallar artıq vasitəçinin məsuliyyət dairəsinə aid deyil:

“Başqa sözlə, vasitəçi öz üzərinə düşən xidməti yerinə yetirib alqı-satqının bağlanmasını təmin edibsə, xidmət haqqını tələb etmək hüququna malikdir. Yalnız vasitəçi ilə bağlanmış müqavilədə bunun əksini nəzərdə tutan xüsusi şərt varsa, həmin şərt tətbiq oluna bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR