Onlayn ictimai-siyasi qəzet
Türkiyə Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində barəsində saxlanılma qərarı olan aktrisa Afra Saraçoğlu Fransaya səfərdən qayıdarkən İstanbul Hava Limanında saxlanılıb.
Musavat.com xəbər verir ki, Saraçoğlu əvvəlcə Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına aparılaraq tibbi müayinədən keçirilib.
Daha sonra Məhkəmə Tibbi Ekspertiza Qurumu və prokurorluqdakı prosedurları tamamlanan məşhur aktrisa bütün proseslər başa çatdıqdan sonra sərbəst buraxılıb.
Könül
Musavat.com
22 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ