İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yaponiyaya valyutasını qorumağa kömək edib – Tramp

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun ötən həftə Yaponiya ilə valyuta mübadiləsi apardığını təsdiqləyib.


Musavat.com xəbər verir ki, o, bu barədə öz təyyarəsində jurnalistlərə danışıb və Vaşinqtonun Tokio ilə dostluq əlaməti olaraq Yaponiya yeninin məzənnəsini qaldırmağa kömək edən valyuta müdaxilələrinə qoşulduğunu deyib: "Onlar bir az kömək istəyirdilər və biz həmişə Yaponiyaya kömək etməyə hazırıq".
O, Vaşinqton və Tokio arasındakı "yaxşı münasibətləri" qeyd edib və vurğulayıb ki, "bu, dostluq əlamətidir".
ABŞ-ın bu müdaxilədən nə qazandığı soruşulduqda, Tramp bunun "maliyyə faydaları" gətirdiyini qeyd edib.
Xatırladaq ki, Bloomberg agentliyi iyulun 30-da Yaponiya hökumətinin məzənnəsi sürətlə düşən yenin mövqeyini gücləndirmək üçün valyuta bazarına satışyönümlü müdaxilə etdiyinə dair məlumat yayıb.
Yaponiya mediası daha sonra ölkə hakimiyyətinin keçən həftə yenə dəstək olmaq üçün iki valyuta müdaxiləsi həyata keçirdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR