İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya neftinə sanksiyaları bu vaxt bərpa edəcək

Yaxın Şərq münaqişəsi səbəbindən yüksələn enerji qiymətləri normallaşdıqdan sonra ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NBC News-a verdiyi müsahibədədeyib: "Mən dünya üçün neft istəyirəm". Tramp əlavə edib ki, Ukraynadakı münaqişə səbəbindən 2022-ci ildə tətbiq edilən məhdudiyyətlər "böhran bitdikdən sonra bərpa olunacaq".

Qeyd edək ki, iki gün əvvəl ABŞ Maliyyə Nazirliyi 12 martdan əvvəl Rusiyadan gəmilərə yüklənmiş neft və neft məhsullarının satışına qoyulan sanksiyaları ləğv edib. Agentliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən ümumi lisenziya bu cür əməliyyatlara 11 aprelə qədər icazə verir. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR