Onlayn ictimai-siyasi qəzet
Dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 129 ticarət gəmisinin hərəkətinin qarşısını alıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Telegram hesabında paylaşıb: "ABŞ ordusu sanksiyaların tətbiqini dəstəkləmək üçün 129 ticarət gəmisini yönləndirib və altısını sıradan çıxarıb".
Komandanlığa görə, ABŞ-ın İrana qarşı davam edən blokadası dənizdə, havada və quruda minlərlə Amerika hərbçisi tərəfindən tətbiq olunur.
Qeyd edək ki, dünən CENTCOM Hind okeanında İran neftini daşımaq istəyən tankerlərin ələ keçirildiyinə dair məlumat yaymışdı: "Blokada İran limanlarına və sahil ərazilərinə, o cümlədən Fars körfəzindəki və Oman körfəzindəki bütün İran limanlarına daxil olan və ya çıxan bütün ölkələrin gəmilərinə qarşı tətbiq olunmaqda davam edir".
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ