Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusu Nigeriyada İŞİD yaraqlılarına zərbə endirib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Prezidenti Donald Tramp Truth Social-da elan edib: "Bu , Baş Komandan kimi mənim göstərişimə əsasən, ABŞ Nigeriyanın şimal-qərbindəki İŞİD yaraqlılarına qarşı güclü və ölümcül bir hücum təşkil etdi. Onlar əsasən günahsız xristianları illər, hətta əsrlər boyu görünməmiş miqyasda vəhşicəsinə qətlə yetirirdilər. Mən əvvəllər bu terrorçulara xəbərdarlıq etmişdim ki, əgər xristianları öldürməyi dayandırmasalar, bunun əvəzini çox ödəyəcəklər və bu, bu gecə baş verdi".
Trampın sözlərinəm görə, "Müdafiə Nazirliyi yalnız ABŞ-ın həyata keçirə biləcəyi bir sıra mükəmməl hücumlar həyata keçirib". Amerika lideri "radikal İslam terrorçularının çiçəklənməsinə icazə verməyəcəyinə" söz verib. O, əlavə edib ki, radikallar "xristianları öldürməyə davam etsələr, daha çox terrorçu öləcək".
Pentaqonun rəhbəri Pit Heqset Nigeriya hakimiyyətinə "dəstək və əməkdaşlıq" üçün minnətdarlığını bildirib. İŞİD yaraqlılarına qarşı əlavə zərbələrin endirilməsi ehtimalına gəldikdə, o, "daha çox zərbənin endiriləcəyini" qeyd edib, lakin təfərrüatlar verməyib. Bu arada, ABŞ Afrika Komandanlığı əməliyyatın "Nigeriya hakimiyyətinin tələbi ilə" keçirildiyini bildirib. Hücum nəticəsində bir neçə İŞİD terrorçusu həlak olub.
1 noyabrda Tramp Pentaqona Nigeriyada xristianları qorumaq üçün "İslam terrorçularına" qarşı potensial güc tədbirlərinə hazırlıq görməyi tapşırdığını açıqlayıb. O, dəfələrlə Nigeriyadakı xristianların mövcudluq təhlükəsi ilə üzləşdiyini bildirib və onları qoruyacağına söz verib. Nigeriya hakimiyyəti bu ittihamları rədd edərək, Afrika respublikasını dini dözümsüzlük ölkəsi kimi xarakterizə etməyin reallığa uyğun olmadığını və bu cür qiymətləndirmələrin hökumətin bütün vətəndaşlar üçün dini azadlıq və vicdanı qorumaq səylərini görməzdən gəldiyini bildirib. Dekabrın əvvəlində ABŞ-ın Nigeriyadakı səfiri Riçard Mills Nigeriyanın xarici işlər naziri Yusuf Tuğqarla görüşüb və onlar ikitərəfli əməkdaşlıq sahələrini müzakirə etmişdilər. Buna cavab olaraq, ABŞ konqresmeni Rayli Mur Vaşinqton və Abujanın federal respublikada terrorizmlə mübarizə aparmaq üçün strateji təhlükəsizlik əməkdaşlığı barədə razılığa gəlməyə yaxın olduğunu bildirib.
Nigeriya Xarici İşlər Nazirliyi cümə günü bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri Nigeriya hakimiyyəti ilə davam edən təhlükəsizlik əməkdaşlığının bir hissəsi olaraq Nigeriyadakı terrorçu hədəflərinə zərbələr endirib.
XİN-in məlumatına görə, ABŞ zərbələri kəşfiyyat məlumatlarının mübadiləsi və militant qruplara qarşı strateji koordinasiya da daxil olmaqla, davam edən təhlükəsizlik əməkdaşlığının bir hissəsi olub. Nazirlik X sosial media platformasında verdiyi açıqlamada bildirib ki, "Bu, Nigeriyanın şimal-qərbindəki terrorçu hədəflərinə dəqiq hava zərbələri endirilməsi ilə nəticələnib".
Nigeriya Xarici İşlər Nazirliyi ölkənin "dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq" bütün vətəndaşların hüquqlarının qorunmasına sadiqliyini bir daha təsdiqləyib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ