İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranı gecə boyu bombaladı - VİDEO

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hərbi hədəflərə qarşı ardıcıl 11-ci zərbə dalğasının uğurla yekunlaşdığını elan edib.

Musavat.com xəbər verir ki, əməliyyat çərçivəsində İrana məxsus hərbi komandanlıq və əməliyyat mərkəzləri, hərbi dəniz qüvvələrinin obyektləri, aviasiya anqarları, pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbarlar və hərbi logistika infrastrukturu hədəfə alınıb.

ABŞ tərəfindən bu addımın atılmasına səbəb kimi son üç ay ərzində İranın Hörmüz boğazından keçən 30-dan çox kommersiya gəmisinə hücum etməsi göstərilir.

Gecə saatlarında paytaxt Tehranda hava hücumundan müdafiə (HHM) sistemləri fasiləsiz işləyib. Buşəhr vilayətinin qubernatoru regionun iki bölgəsinin ABŞ-nin hava zərbələrinə məruz qaldığını bildirib. İlkin məlumatlara görə, xəsarət alan və ya həlak olan yoxdur. Zərbələrin həmçinin İranın cənubundakı Xuzistan vilayətinə, eləcə də Təbriz və Behbahan şəhərlərinə endirildiyi vurğulanır.

Öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab tədbirləri gördüyünü açıqlayıb. Məlumata görə, ABŞ-nin Küveytdəki "Əli əs-Salim" hərbi bazasında yerləşən radarları və Küveytin Bubiyan adasındakı radiolokasiya kompleksi sıradan çıxarılıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanındakı və İraq Kürdüstanındakı hərbi bazalarda da güclü partlayış səslərinin eşidildiyi bildirilir. Regionda vəziyyət gərgin olaraq qalır.

@@TVmusavat/151412@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR