Onlayn ictimai-siyasi qəzet
İran ilə ABŞ arasında razılaşmadan sonra aylardır kəskin şəkildə dəyərdən düşən İranın milli valyutası bir həftə ərzində 15 faizdən çox bahalaşıb.
Musavat.com xəbər verir ki, tərəflər arasındakı məsələlərin diplomatik yollarla həllini ehtiva edən razılaşma İran bazarlarına müsbət təsirini göstərməyə başlayıb.
İranda azad valyuta bazarını izləyən "pashizi.com" internet saytının yaydığı məlumatlara görə, ötən həftə 180 min tümən səviyyəsində qərarlaşan ABŞ dolları bu gün 152 min tümənədək geriləyib.
Qeyd edək ki, İran iqtisadiyyatı son aylarda müharibə xərcləri, yüksək inflyasiya və sanksiyaların təzyiqi səbəbindən ciddi çətinliklərlə üzləşib. Dolların məzənnəsi ABŞ və İsrailin fevralın 28-də başlatdığı hücumların fonunda, mart ayında 190 min tümən səviyyəsinə qədər yüksələrək tarixi rekorda çatıb, milli valyuta isə görünməmiş dərəcədə dəyər itirib.
Musavat.com
27 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ