Onlayn ictimai-siyasi qəzet
İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları arasında ciddi fikir ayrılığına səbəb olub.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Hökumətə yaxın nəşrlər olan “İran” və “Həmşəhri” qəzetləri mümkün sazişi diplomatik uğur və strateji qələbə kimi təqdim edirlər.
“Həmşəhri” qəzeti bu mövqeyi əsaslandırmaq üçün İranın xarici işlər naziri Abbas Əraqçinin açıqlamalarına da istinad edib.
Bunun əksinə olaraq, sərt xətt tərəfdarı və fundamentalist mövqeyi ilə tanınan qəzetlər razılaşmaya kəskin etiraz edir.
Onlar sənədin İranın milli maraqlarına cavab vermədiyini və ölkənin mühüm güzəştlərə getməsinə səbəb ola biləcəyini iddia edirlər.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ