İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də vitse-prezidentin iqamətgahına silahlı hücum: atəş açıldı - VİDEO

ABŞ-də təhlükəsizlik orqanları vitse-prezident Cey Di Vensə məxsus iqamətgaha silahlı hücum faktını araşdırır.

Musavat.com xəbər verir ki, insident Ohayo ştatında baş verib və naməlum şəxs rezidensiya istiqamətində atəş açıb.

Məlumata görə, hadisə zamanı vitse-prezident Cey Di Vens ailəsi ilə birlikdə Vaşinqtonda olub. Hücum nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Hüquq-mühafizə orqanları dərhal əraziyə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib. Polis bir nəfəri şübhəli şəxs qismində saxlayıb. Hadisənin motivləri və hücumçunun təkbaşına hərəkət edib-etmədiyi hazırda araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR