Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Missisipi ştatında bir nəfər 7 yaşlı qız da daxil olmaqla altı nəfəri öldürüb.
Musavat.com xəbər verir ki, 24 yaşlı şübhəli Darika Mur Vest Point şəhəri yaxınlığındakı üç məhəllədə atəş açıb.
Bu hadisə son 10 ildə ştatda baş verən ən dəhşətli qətl hadisəsidir.
Bildirilir ki, kişi əvvəlcə atasını, əmisini və qardaşını öldürüb. Daha sonra o, yük maşınını oğurlayıb qaçıb, polis onu saxlamaq üçün əməliyyata başlayıb.
Şübhəli daha sonra başqa bir qurbanı zorlamağa cəhd edib, lakin bunun əvəzinə 7 yaşlı bir qızı güllələyərək öldürüb.
Bu vəhşilikdən sonra Mur yolda iki qardaşı güllələyərək öldürüb, onlardan biri yerli kilsədə pastor olub.
Bir neçə saatlıq axtarışdan sonra polis atəş açan şəxsi yaxalayıb. İndi o, ölüm cəzası da daxil olmaqla, ən ağır cəza ilə üzləşəcək. Mur özü günahını etiraf edib və təkbaşına hərəkət etdiyini bildirib. O, əvvəllər polisin qeydiyyatına düşməyib.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ