Onlayn ictimai-siyasi qəzet
ABŞ Yaxın Şərqdə gərginlik fonunda müttəfiqinə hərbi dəstəyi artırır.
Musavat.com xəbər verir ki, ABŞ Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 8 milyard dollar dəyərində silah paketinin çatdırılmasını sürətləndirəcək.
Bu barədə “The National” qəzetinə BƏƏ-nin ABŞ-dəki səfiri Yusif əl-Uteyba məlumat verib.
Onun sözlərinə görə, söhbət F-16 qırıcıları üçün raketlər, hava hücumundan müdafiə vasitələri və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərindən gedir.
“Biz ABŞ-yə bu paketə sürətli təsdiq verdiyi üçün təşəkkür edirik. Bu mühüm yeniləmələr BƏƏ-nin müdafiəsini həm indi, həm də gələcəkdə gücləndirəcək”, – deyə səfir bildirib.
Məlumata görə, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda ABŞ Dövlət Departamenti silah tədarükünü Konqreslə tam razılaşdırma prosedurlarını sürətləndirərək həyata keçirməyə qərar verib.
Silah paketinə aşağıdakılar daxildir:
- THAAD hava hücumundan müdafiə sistemləri – 4,5 milyard dollar,
- kiçik ölçülü pilotsuz uçuş aparatları və avadanlıqlar – 2,1 milyard dollar,
- BƏƏ Hərbi Hava Qüvvələri üçün F-16 raketləri – 1,22 milyard dollar.
Qeyd olunur ki, bu addım ABŞ-nin regionda artan təhlükəsizlik risklərinə qarşı operativ reaksiya vermək niyyəti ilə bağlıdır.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ