Onlayn ictimai-siyasi qəzet
Ermənistanda seçkinin nəticələri ölkə konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının çıxarılması üçün keçirilməli olan referendumun yolunu açmış sayıla bilər. Konstitusiya dəyişikliyi üçün referendumuun rahat keçiriləcəyi barədə indi daha konkret fikir bildirmək mümkündür. Siyasi ekspertlər hesab edir ki, 7 iyun seçkiləri yalnız seçki deyildi, həm də ön referendum idi, “referendum keçirilsinmi?” sualına cavabın müəyyən olunması idi. Cavab müsbət oldu.
Musavat.com-un xəbərinə görə, bu barədə politoloq Eldar Namazov bildirib ki, Ermənistanda keçirilmiş parlament seçkilərinin mahiyyət etibarilə Azərbaycanla sülh və ya qarşıdurma məsələsi üzrə referendum olması heç kimə sir deyildi:
“Müxalifətin bütün təbliğatı bunun üzərində qurulmuşdu. Hətta müxalifət saytları seçkilərin aralıq nəticələrini belə təqdim edirdilər: Samvel Karapetyan bu qədər, Robert Köçəryan bu qədər, İlham Əliyev isə bu qədər səs toplayıb, yəni guya biz Nikol Paşinyanla deyil, birbaşa İlham Əliyevlə mübarizə aparırıq.
Əslində, bu məntiqi qəbul etmək olar. O, bu seçkilərin əsas məsələsini əks etdirir; seçkilər Azərbaycanla münasibətlər barədə referenduma çevrilmişdi”.
Etibar Seyidağa,
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ