İnsanlara hürriyət, millətlərə istiqlal!

54 ildən sonra ilk dəfə: start meydançasında

NASA Ay ətrafında pilotlu uçuşu nəzərdə tutan “Artemis-2” missiyası çərçivəsində istifadə olunacaq raket daşıyıcının və “Orion” kosmik gəmisinin ABŞ-nin Florida ştatında yerləşən “Kennedy Space Center”dəki start meydançasına çatdırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu uçuş NASA-nın “Artemis” proqramı çərçivəsində həyata keçiriləcək və Ay istiqamətində yarım əsrdən sonra ilk pilotlu missiya olacaq.

Məlumata görə, “Orion” kosmik gəmisi Ayın səthinə eniş etmədən Yer peyki ətrafında dövrə vuracaq və daha sonra Yerə qayıdacaq. Missiyanın əsas məqsədi gələcək ekipajlı Ay enişləri üçün bütün əsas sistemlərin real kosmik şəraitdə sınaqdan keçirilməsidir.

Qeyd edək ki, insanın Ay istiqamətində son pilotlu uçuşu 1972-ci ildə “Apollo-17” missiyası çərçivəsində həyata keçirilib. Həmin tarixdən sonra Ay istiqamətində bütün missiyalar pilotsuz olub. Bu baxımdan “Artemis-2” missiyası 1972-dən sonra Ay istiqamətində ilk pilotlu uçuş kimi tarixə düşəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR