İnsanlara hürriyət, millətlərə istiqlal!

“501 Numaralı Hücre” filmində Azərbaycan himni və bayrağı - VİDEO

Türkiyənin 1967-ci ildə çəkdiyi “501 Numaralı Hücre” filmində Azərbaycan himnini eşidə, bayrağımızı görə bilərsiniz. 

Musavat.com xəbər verir ki, gördüyünüz kadrlar Mehmet Altunbayın əsəri əsasında çəkilən filmdəndir.

Mehmet Altunbay əslən Gəncədən olan bir pilot olub. Pilotluq üzrə ali təhsil alandan sonra, 1939-cu ildə Azərbaycandan əvvəlcə İrana, sonra isə Türkiyəyə gedib. “Azadlıq” radiosunun Azərbaycan şöbəsi ilə əməkdaşlıq edib.

Yazdığı “501 Numaralı Hücre” adlı əsəri Türkiyə Silahlı Qüvvələri tərəfindən bəyənilib və eyniadlı film çəkilib. Filmdə Mehmet Altunbayın başına gələnlər, SSRİ-yə qarşı gizli mübarizə və başqa məsələlər yer alıb. 

Sözügedən filmdə Azərbaycan himni və bayrağı ilə bağlı görüntüləri təqdim edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

25 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR