İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus sülhməramlıların sabiq komandiri yaralandı, bacısı oğlu öldü

Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlılarının sabiq komandiri, general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada hərbi əməliyyatlar zamanı həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynaya məxsus teleqram kanalları məlumat yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Yanvarın əvvəlində o, həmkarları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb. Onun döyüşlər zamanı öldüyü deyilir.

General-leytenant Muradovun özü də həmin vaxt xəstəxanada yaralı olub. General bacısı oğlunun dəfn mərasimi üçün xəstəxanadan məzuniyyət götürüb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2024

BÜTÜN XƏBƏRLƏR