İnsanlara hürriyət, millətlərə istiqlal!

Madrid nəhəngi "Barselona"nın oyunçusuna elçi düşdü

"Barselona"nın müdafiəçisi İniqo Martines karyerasını başqa İspaniya klubunda davam etdirə bilər.

İnformasiyanı "Todofichajes" yayıb.

Mənbənin məlumatına görə, "Atletiko Madrid" 32 yaşlı oyunçunu transfer etmək istəyir. Paytaxt təmsilçisi Martinesi yay transfer pəncərəsində iş yerini dəyişəcək Mario Hermosonun əvəzedicisi kimi nəzərdən keçirir.

İniqonun kataloniyalılarla müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. Onun bazar dəyəri 6 milyon avro qiymətləndirilir.

İspaniya çempionatının bu mövsümündə müdafiəçi "Barselona"nın heyətində 15 oyun keçirib və o, 5 sarı vərəqə alıb. (fanat.az)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2024

BÜTÜN XƏBƏRLƏR