İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Prokurorluq Xocalı ilə bağlı MƏLUMAT YAYDI

Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkar edilib.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də kənddə həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, aprel ayında Malıbəyli kəndi ərazisində həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində səkkiz nəfərə aid sümük fraqmentləri tapılıb və bununla da aşkar olunan insan qalıqlarının ən azı səkkiz şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Qonaq

sabu 09.05.2024 06:55

Sherh moderator terefinden yoxlanılır
Qonaq

sabu 09.05.2024 06:59

Sherh moderator terefinden yoxlanılır

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR