İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəncanda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib


Sentyabrın 30-da Güney Azərbaycanın Zəncan şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Məlumatda bildirilir ki, Zəncandakı milli-mədəni fəallar Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlara dəstək nümayiş etdirərək, “Biz Azərbaycanıq”, “Yaddan çıxmaz Qarabağ” kimi şüarlar yazılan plakatlar qaldırıblar.

Qeyd edək ki, ötən gün Ərdəbil şəhərində də bir neçə milli-mədəni fəal Azərbaycan Ordusuna dəstək aksiyası keçirib.

Onu da qeyd edək ki, bu gün Təbriz vaxtı ilə saat 17:00-da Güney Azərbaycanın Təbriz, Ərdəbil, Zəncan, Urmiya şəhərlərində, eyni zamanda İranın paytaxtı Tehranda "Qarabağa dəstək və Azərbaycan ordusuna dəstək" mitinqlərinin keçiriləcəyi bildirilir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2022

BÜTÜN XƏBƏRLƏR